top of page
Analysing data

XİDMƏTLƏR

Mənzillərin qiymətləndirilməsi
 

Hazırda əmlak bazarında ən çox təlabat mənzillərin qiymətləndirilməsinədir. Hər hansısa bir mənzilin dəyərinin qiymətləndirilməsi daşınmaz əmlakın mülkiyyət hüququnu və bazar qiymətini müəyyən edir. Sadalanan hallarda mənzillərin qiymətləndirilməsinə ehtiyac duyulur:

  • Mənzilin satışı zamanı
  • İpoteka müqaviləsi bağlanarkən

  • Əmlak bölgüsü zamanı

  • Miras və sığorta müqaviləsini dəyərləndirdikdə

  • Girov dəyəri müəyyən edildikdə

  • Mənzilin icarəsi zamanı 

  • Xarici vətəndaşlar  üçün miqrasiya prosesləri ( 100k və yuxarı olan əmlakın dəyərləndiriməsi)

  • Sığorta müqaviləsi bağlanarkənç sığortalanan əmlakın müstəqil qiymətləndirilməsi.

  • Sığorta hadisəsi baş verərkən, dəymiş zərərin qiymətləndirilməsi.

  • Tikinti smetasınn qiymətləndirilməsi.

  • Mübahisəli məhkəmə prosesi olarsa.

 
İstənilən mənzil qiymətləndirildikdə bütün detallar nəzərə alınır. Mənzilin yerləşdiyi ərazi, ümumi sahə və otaqların sayı, tikildiyi il və tipi (tikinti zamanı istifadə edilən material, daş, kərpic və s.), mənzilin yerləşdiyi rayonun infrastruktur obyektlərinə nə qədər yaxın olması və s. bu detalları təşkil edir.

Fərdi yaşayış evlərinin qiymətləndirilməsi

Azərbaycanda daşınmaz əmlak bazarında qiymətləndirilməsinə təlabatın çox olduğu sifarişlərdən biri də yaşayış məqsədli daşınmaz əmlakdır. Bu tip daşınmaz əmlak növlərinə fərdi yaşayış evləri, villar, bağ evləri və s. aiddir. Fərdi yaşayış evlərinin qiymətləndirilməsi bankdan ipoteka almaq üçün, alqı-satqı zamanı, əmlak bölgüsi və mirasın qiymətləndirilməsi məhkəməsi üçün və həmçinin sığorta müqaviləsinin dəyərləndirilməsi üçün lazımdır. Fərdi yaşayış evlərinin qiymətləndirilməsi aşağıdakı hallarda aparılır:

 

  • Alqı-satqı zamanı

  • İpoteka müqaviləsi bağlanarkən 

  • Miras və ya əmlak bölgüsü zamanı 

  • Girov dəyəri müəyyən edildikdə

  • Sığorta zamanı

  • Mübahisəli məhkəmə prosesi olarsa 

  • Hər hansısa bir layihə zamanı ev sökülərsə

  • Tikinti smetasınn qiymətləndirilməsi.

Sığorta hadisələrinin (dəymiş zərərlərin) qiymətləndirilməsi

  • Zərərə uğramış sığorta predmetlərinə baxışın keçirilməsi

  • Zərərə uğramış sığorta predmetlərinin hissələrinin siyahısının hazırlanması

  • Sığorta predmetlərinə dəymiş zərərin qiymətləndirilməsi

  • Sığorta predmetlərinin tam məhvi halında, onların qalıq hissələrinin qiymətləndirilməsi

  • Qiymətləndirmə ilə əlaqədar müştərilərlə yarana biləcək mübahisələrin həlli istiqamətində müştərilərlə görüşlərin keçirilməsi

  • Statistik məlumatların qeydiyyatı və hesabatların verilməsi

Avadanlığın qiymətləndirilməsi

Avadanlığın alqı-satqısı zamanı:

Avadanlığın sığortası zamanı:
 

  • Avadanlığı kirayə və ya icarəyə verdikdə

  • Avadanlıq buraxılışa icazəli səhmdar kapitala daxil edilikdə

  • Avadanlıq təşkilatın balansına keçdikdə və balansdan çıxarıldıqda

  •   Verginin optimallaşdırılması zamanı 

  • Avadanlığı girov qoyaraq kredit götürdükdə

  • Müəssisə iflas etdikdə və kredit borclarını ödəmək üçün avadanlığın satılması məcburi olduqda

  • Əməkdaşlığa son verilərkən və ya şirkətləri ayırdıqda avadanlıq bölünərkən və s.

Qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi

Əmlak bazarında qiymətləndirmə fəaliyyətinə qeyri-yaşayış sahələri də daxildir. Qeyri-yaşayış sahəsi dedikdə yaşamaq üçün deyil, ofis, administrativ və ya ictimai bina, bundan əlavə isə kommersiya məqsədləri üçün istifadə edilən obyektlər nəzərdə tutulur. 


Bu tip sahələr qaraj, ofis, ticarət və ya xidmət sahəsi üzrə obyektlər, anbar üçün istifadə edilən sahə, mağaza, istehsal binaları və s. ola bilər. Aşağıdakı hallarda qeyri-yaşayış sahələrinin qiymətləndirilməsinə ehtiyyac duyulur:

  • Alqı-satqı 

  • İcarə qiymətini təyin etmək

  • Satınalma dəyərini müəyyənləşdirmək 

  • Əmlak bölgüsü 

  • İnvestisiya mahiyyətinin müəyyənləşdirilməsi

  • Hüquqi şəxsin maddi aktivlərinin qiymətləndirilməsi 

  • Daşınmaz əmlakın girov qoyulması

  • Əmlak mübahisələrinin həlli və s.

Avtomobillərin qiymətləndirilməsi

Daşınar əmlak bazarında qiymətləndirmə fəaliyyətinə təlabət ən çox avtomobillərin qiymətləndirilməsinədir. Avtomobillərin qiymətləndirilməsi onun ümumi vəziyyətini dəyərləndirməyə, tez və dəqiq analiz etməyə, ilk baxışda nəzərə çarpmayan nüansları bilməyə şərait yaradır. Aşağıdakı hallarda avtomobillərin qiymətləndirilməsinə ehtiyac duyulur:

 

  • Varislik zamanı

  • Bağışlanarkən

  • Alqı-satqı zamanı

  • Vergi təyin edildikdə, qalıq dəyəri

  • Kredit götürmə zamanı

  • Sığorta zamanı

  • Əmlak bölgüsü zamanı

  • Mübahisəli məhkəmə işi olduqda

  • İcarə zamanı ( məs, taksi fəaliyyətində) və s.

Torpaq sahəsinin qiymətləndirilməsi

Torpaq sahəsinin qiymətləndirilməsi müəyyən bir torpaq sahəsinin bazar qiymətini təyin edən bir prosesdir. Torpaq sahəsi növlərinə, mənzil tikintisi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi, sahibkarlıq məqsədi ilə iri tikinti təyinatlı torpaq sahəsi, icarəyə verilmiş torpaq sahəsi, kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaq sahəsi, dövlət istifadəsində olan torpaq sahələrini göstərmək olar.


Torpaq sahələrini qiymətləndirdikdə onların təyinatları və başqa nüanslar nəzərə alınır. 
Başqa daşınmaz əmlak növləri kimi torpaq sahələrinin qiymətləndirilərkən yerləşdiyi rayon, ümumi sahəsi, relyefi, təyinat zonası  və s. mütləq nəzərə alınır. Aşağıdakı sadalanan hallarda torpaq sahəsinin qiymətləndirilməsi prosesi aparılır:


• Alqı-satqı zamanı
• Əgər miras və varislik zamanı mübahisəli məqam yaranarsa
• İstənilən növ problemli əmlak bölgüsü zamanı: boşanma hallarında, iflas olduqda və s. 
• Torpaq sahəsinin girov qoyulması ilə kredit əldə edilərkən
• İnvestisiya cəlb etdikdə və ya torpağın inkişafı üçün sərmayə qoyduqda

• Mübahisəli məhkəmə prosesi olarsa

Material-istehsalat ehtiyatları istehsalata və digər çıxışlar üçün buraxıldıqda onların qiymətləndirilməsi

- hər bir vahidin maya dəyəri üzrə;

- orta maya dəyəri üzrə;

Müəssissələrinin səhmləşdirilməsi (MMC-lərin, firmaların, ASC-nin və bankların və s ), paylarının bölgüsünün qiymətləndirilməsi

Daşınar və daşınmaz əmlakın qiymətlərndirilməsi üzrə

17 illik təcrübə, peşəkar heyət, professional həllər!

bottom of page