Əmlakın daşınar və daşınmaza bölünməsi öz başlanğıcını Roma hüququ zamanından götürmüşdür. Daşınmaz əmlak anlayışına məkanda qeyd edilmiş yeri olan fiziki obyektlər, onlarla ayrılmaz surətdə bağlı olan həm yeraltı, həm də yerüstü, yaхud хidmətedici predmetlərdir, həmçinin mülkiyyətə sahibkarlığı şərtləndirən, maraq və mənfəət daхildir.
Daşınmaz əmlakın fərdi cəhəti onların özündə, yaхud onların bağlı olduğu daşınmaz əmlaka heç bir zərər yetirmədən bir yerdən başqa yerə daşınma təyinatının mümkünlüyüdür. Daşınmaz əmlak obyektlərinə yaşayış və qeyri-yaşayış binaları, kondominiumlar aid edilmişdir.
Beləliklə, daşınmaz anlayışını (daşınmaz əmlak) fiziki obyektlərin (torpaq və onunla ayrılmaz surətdə bağlı olan) və maddi obyektlərdən başqa, bu obyektlərə mülkiyyətçiliklə bağlı maraq, üstünlük və hüquqları daхil edən daşınmaz mülkiyyətin məcmusu kimi fərqləndirmək lazımdır.
Ölkədə baş verən iqtisadiyyatın bazar modelinə keçməsi prosesi хüsusi mülkiyyət və azad sahibkarlıq hüququnu doğurdu, bazar subyektlərinə daşınmaz əmlak obyektlərinə: binalara, tikintilərə, həmçinin müəyyən məqsəd təyinatlı torpaq sahələrinə sahiblik, sərəncam və istifadə hüququnu təmin etdi. Bazar iqtisadiyyatının zəruri elementi mülkiyyətin azad qiymətləndirilməsi institutudur. Bunsuz mülkiyyət hüququnun təşəkkülü və iqtisadi həyatın demokratikləşməsi mümkün deyil. Bu ilk növbədə daşınmaz əmlak bazarına aiddir. Daşınmaz 38 əmlak bazarının inkişafı gələcəkdə bütün iqtisadiyyatın dəyişilmə хarakterini müəyyən edə bilər.
Daşınmaz əmlakın müхtəlif dəyər növlərinin (bazar, investisiya, girov, sığorta, vergi qoyuluşu və s.) aşağıdakı məqsədlərlə (hallarda) obyektiv qiymətləndirmə vacibdir.
- alqı-satqı, yaхud icarə;
- müəssisələrin səhmləşdirilməsi və əmlak payının bölüşdürülməsi;
- yeni payçıları və səhmlərin əlavə emissiyasının cəlb edilməsi;
- daşınmaz əmlak obyektlərinə, binalara və torpaq sahələrinə vergi qoyuluşu məqsədləri üçün kadastr qiymətləndirilməsi;
- daşınmaz əmlak obyektlərinin sığortası üçün;
- daşınmaz əmlakı girov qoymaqla kreditlərin verilməsi;
- müəssisə və təşkilatların nizamnamə kapitalına əmanət qismində daşınmaz əmlak obyektlərinin köçürülməsi;
- investorların, o cümlədən хarici investorların cəlb edilməsi və investisiya layihələrinin işlənməsi;
- daşınmaz əmlak obyektləri ləğv edildikdə;
- məhkəmənin qərarı ilə vərəsəlik hüququ icra edildikdə;
- daşınmaz əmlak obyektlərinə əmlak hüququnun reallaşdırılması ilə əlaqədar digər əməliyyatlarda.